“İsrail beynəlxalq dəstəyi saxlamaq istəyirsə, Qəzza zolağında müharibəyə son qoymalıdır”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“İsrail çox diqqətli olmalıdır, çünki müharibə səbəbindən dünyanın dəstəyini itirir”, – Tramp bildirib.
Lakin o, HƏMAS radikal qruplaşmasına qarşı müdafiə fəaliyyətini dəstəklədiyini etiraf edib.
Tramp İsrailin Qəzza zolağının təmizlənməsinin aktiv mərhələsini başa vurmalı olduğunu da vurğulayıb.
Azpost.info