“İsrail-Fələstin danışıqlarının bərpası üçün zəmin hələ yetişməyib”- BAYDEN

“İsrail və bir sıra ərəb ölkələri arasında münasibətlərin istiləşməsi israillilərlə fələstinlilər arasında sülh danışıqlarının başlanmasına təkan verə bilər”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Fələstin lideri Mahmud Abbasla görüşü zamanı deyib.

Bununla belə, bu görüşdən bir gün əvvəl Qüdsdə İsrail rəhbərliyi ilə danışan ABŞ lideri etiraf edib ki, hazırda danışıqların bərpası üçün zəmin hələ yetişməyib.

“Mən bilirəm ki, hərəkət və səyahət məhdudiyyətləri və ya uşaqlarınızın təhlükəsizliyi üçün gündəlik qayğı kimi narahatlıqların real olduğ bir vaxtda ikidövlətli nizamlanmanın hədəfi çox uzaq görünür. Birləşmiş Ştatlar və mənim administrasiyam fələstinliləri, israilliləri və hər iki tərəfi bir-birinə yaxınlaşdırmaq cəhdlərini dayandırmayacaq”.

Eyni zamanda, ABŞ prezidenti qeyd edib ki, Fələstin Milli Muxtariyyətinin uğurlu demokratik gələcəyinin qurulmasına kömək edəcəklər.

M.Abbas da öz növbəsində deyib ki, torpaqlarında “İsrail işğalı səhifəsini” çevirməyin vaxtı çatıb: “İki dövlətin nizamlanması imkanı 1967-ci ildən əvvəlki sərhədlər daxilində bu gün mövcud ola bilər. Lakin bu, uzun müddət davam etməyə bilər”.

Azpost.info

 

Əvvəlki məqalə

Tbilisidə Azərbaycan və Ermənistan XİN başçılarının ilk görüşü başa çatdı

Sonrakı məqalə

Vəliəhd şahzadə Baydenlə görüşdə Qaşıqçı ilə bağlı nə deyib?