Vəliəhd şahzadə Baydenlə görüşdə Qaşıqçı ilə bağlı nə deyib? - “Əl-Ərəbiyyə” açıqladı

“Jurnalist Camal Qaşıqçının öldürülməsi təəssüf doğurur, lakin krallıq hadisəni araşdırmaq üçün bütün mümkün tədbirləri görüb”.

Azpost.info xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Co Baydenlə görüşü zamanı bildirib.

“Səudiyyə Ərəbistanı Qaşıqçı işində istintaqdan tutmuş məhkəmələrə, hökm və icraya qədər bütün hüquqi prosedurları həyata keçirib”, – Məhəmməd bin Salman deyib.

Şahzadə Baydenə ABŞ ordusunun İraqdakı hərbi cinayətlərini xatırladıb və əlavə edib ki, jurnalistlərin öldürülməsi halları bütün dünyada baş verir.

“Söhbət zamanı şahzadə ABŞ prezidentinə İraqın Əbu-Qureyb həbsxanasında məhbuslara işgəncə verilməsini və 2022-ci ilin mayında İsrail hərbçilərinin səhvi ucbatından dünyasını dəyişən “Əl-Cəzirə” jurnalisti Şirin Əbu Aklanın öldürülməsini xatırladıb. Səudiyyə şahzadəsi ABŞ hakimiyyətinin bu hadisələrə reaksiyasını tənqid edib və Amerika tərəfini gələcəkdə oxşar hadisələrin qarşısını almağa çağırıb”, – görüşdə iştirak edən yüksək rütbəli Səudiyyə rəsmisi “Əl-Ərəbiyyə”yə bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

“İsrail-Fələstin danışıqlarının bərpası üçün zəmin hələ yetişməyib”

Sonrakı məqalə

Qocaman jurnalist Mais Məmmədov vəfat edib