İyunun 19-a qədər İsrailin pediatriya sahəsində qabaqcıl mütəxəssisləri Bakıda Bono Dea Beynəlxalq Xəstəxanasında müxtəlif xəstəliklərindən əziyyət çəkən uşaqları müayinədən keçirəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə aparılacaq müayinələrdən sonra müalicəyə ehtiyacı olan uşaqlar müalicə kurslarına cəlb olunacaq.
İsrail səfiri Corc Dik qeyd edib ki, 6 israilli mütəxəssis tərəfindən 60-a yaxın uşaq müayinədən keçiriləcək: “Müayinə zamanı uşaqlarda onkoloji, genetik, nevroloji, pulmanoloji və neyrocərrahi müayinələr aparılacaq. Ciddi müalicəyə ehtiyacı olan uşaqlar sonradan müalicəyə cəlb ediləcəklər. Müalicələrin bir hissəsinin də İsraildə aparılacaq”.
İsrailin ÜST-dəki təmsilçisi İzabella Karakas isə müayinə ilə yanaşı, bir sıra tədqiqatların da aparılacağını deyib: “Biz Azərbaycanda uşaq xəstəliklərinin nə üçün genişləndiyini araşdıracağıq. Xüsusilə hamiləlik dövründən başlayaraq xəstəlik tarixçələrini araşdıracağıq”.
İsrailli mütəxəssislər Azərbaycan Tibb Universitetində mühazirə oxuyublar