HƏMAS lideri Yəhya Sinvarın cəsədi israilli girovlarla bağlı sövdələşmə vasitəsi kimi istifadə oluna bilər.
Azpost.info bildirir ki, bu barədə CNN öz mənbələrinə istinadən xəbər verir.
Oktyabrın 16-da öldürülən HƏMAS liderinin qalıqları indi İsraildə gizli yerdə saxlanılır.
Hazırda HƏMAS-ın əlində 100-dən çox israilli girov var. Onların azad edilməsi Qüds üçün prioritet məqsədlərdən biridir. CNN-nin mənbələrindən biri deyib ki, İsrail rəsmiləri indi onları buraxmaq üçün HƏMAS-a necə tez təzyiq göstərməyi düşünürlər: “Əgər HƏMAS Sinvarın meyitini ölü və ya diri israillilərlə mübadilə etmək istəyirsə, bu, yaxşı olar”.
CNN-in həmsöhbətlərinin fikrincə, Sinvarın cəsədi çox güman ki, sövdələşmə obyekti kimi istifadə ediləcək. Girovların dəyişdirilməsi çox güman ki, HƏMAS liderinin nəşinin Qəzza zolağına qaytarmağın yeganə yolu olacaq.
“Əks halda onun transferi baş tutmayacaq”, – mənbə bildirib.
CNN-in həmsöhbətlərinə görə, İsrail Sinvarın cəsədinin Qəzza zolağına qaytarılmasının HƏMAS tərəfdarlarını birləşdirəcəyini və onun dəfn olunduğu yerin ziyarətgah ola biləcəyini istisna etmir.
İsrailin baş naziri Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoq oktyabrın 18-də Sinvarın öldürülməsinin girovların qaytarılması üçün açdığı əhəmiyyətli fürsət pəncərəsini müzakirə etmək üçün görüş keçirib.