Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

İsrail-İran müharibəsi: Trampın çağırışı, G7-nin mövqeyi

Orkhan Ali 17 İyun 2025 - 09:00 (Last updated: 17 İyun 2025 - 10:59)
İran-İsrail

İran-İsrail

Kanadada keçirilən G7 sammiti zamanı iştirakçı ölkələrin rəhbərləri İranın nüvə proqramı ilə bağlı ortaq mövqedə olduqlarını açıqlayıblar.

AzPost xəbər verir ki, Böyük Britaniyanın yeni baş naziri Kir Starmer sammit çərçivəsində jurnalistlərə bildirib: “Biz bununla bağlı müzakirə apardıq. G7-də birlik var. Nüvə proqramı ilə bağlı hər kəsin fikri aydındır. Biz bunu görmək istəmirik”.

İranla bağlı gərginlik fonunda ABŞ prezidenti Donald Tramp da sərt bəyanatla çıxış edib. O, “Truth” sosial platformasında yaydığı paylaşımda bildirib ki, İran nüvə sazişini imzalamalı idi: “Bu, biabırçılıq və insan tələfatıdır. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal tərk etməlidir”.

Tramp, İranın paytaxtını niyə boşaltmaq lazım gəldiyinə aydınlıq gətirməsə də, bu çağırış beynəlxalq səviyyədə narahatlıq yaradıb. Çinin İsraildəki səfirliyi də bölgədəki təhlükəsizliyin pisləşdiyini bildirərək, öz vətəndaşlarına İordaniya ilə sərhəddən istifadə edərək ölkəni quru yolla tərk etməyi tövsiyə edib. Səfirliyin “WeChat” hesabında yayımlanan bəyanatda qeyd olunub: “Hazırda İsrail və İran arasında münaqişə kəskinləşməkdə davam edir, bir çox mülki obyektə ziyan dəyib, mülki əhali arasında itkilərin sayı artmaqdadır”.

ABŞ prezidenti Trampın administrasiyası isə diplomatik kanallar vasitəsilə İran rəsmiləri ilə təmaslara çalışır. CNN-in yaydığı məlumata görə, Tramp komandasına mümkün qədər tez iranlı rəsmilərlə görüşməyə göstəriş verib. Məlumata əsasən, ilkin təmaslar vasitəçilərin iştirakı ilə artıq baş tutub.

Eyni zamanda, G7 çərçivəsində Avropa liderləri ilə apardığı söhbətlərdə Tramp İsrail və İran arasında atəşkəs əldə etmək üçün diplomatik cəhdlərin olduğunu vurğulayıb. O, Tehranın danışıqlara ciddi yanaşıb-yanaşmadığını müəyyənləşdirmək istədiyini bildirib.

AzPost.az

Post navigation

Previous: İran ABŞ-la danışıqları bərpa edəcəkmi?
Next: Rusiya, Tacikistan və Vyetnam vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Oxşar xəbərlər

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.