İsrail İran təyyarəsinin Beyruta enməsinə icazə verməyib

İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.

“Sada al-Balad” telekanalı bu barədə Livan Nəqliyyat Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, – deyə məlumatda bildirilir. Nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.

Qeyd edək ki, son günlər aviaşirkətlərin əksəriyyəti Livan-İsrail sərhədində gərginliyin artması və paytaxt Beyrutun mütəmadi bombardmanı səbəbindən ərəb ölkəsinə uçuşları dayandırıb.

Əvvəlki məqalə

Prezident Naftalan nefti ilə bağlı sərəncam imzaladı

Sonrakı məqalə

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb