“Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələb etməsi təhqiredicidir”.
Bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir. O açıqlamasında tərəfləri bərabər tutmağın düzgün olmadığını bildirib: “Bir məsələyə aydınlıq gətirim – prokurorun nəyi nəzərdə tutmasından asılı olmayaraq İsraillə Həmas arasında heç bir ekvivalentlik yoxdur. Biz İsrailin təhlükəsizliyinə qarşı istənilən təhdiddə həmişə onun yanında olacağıq”,- deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, həmçinin HAMAS liderləri Yahya Sinvar və digərlərinin həbsinə order verilməsini tələb edib.