İsrail Livanın cənub bölgələrinə hücum edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bu gün Livanın cənubunda 7 yaşayış məntəqəsinə aviazərbələr endirib.

TASS xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə İsrailin hücumları nəticəsində bir mülki şəxs həlak olub altı nəfər isə yaralanıb. Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Komitəsinin hesabatında 17 yaşlı gəncin həlak olduğu, orta dərəcəli bədən xəsarətləri alan sakinlərin də xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.