İsrail neft tankerinə hücuma görə İranı ittiham edib

İsrail iyulun 30-da onun əməliyyatçısı olduğu neft tankerinə hücuma görə İranı ittiham edib.

Oman sahillərində baş vermiş bu hücumda tankerin iki heyət üzvü – bir britaniyalı və bir rumıniyalı həlak olub.

İsrailli milyarder Eyal Oferin Zodiac Group şirkətinin Londonda mənzillənmiş Zodiac Maritime filialı bildirir ki, Liberiya bayrağı altında üzən və sahibliyi Yaponiyaya məxsus Mercer Street tankerinə hücum iyulun 29-da gecə baş verib.

Şirkət bu barədə başqa detalları açıqlamayıb.

İsrailin xarici işlər naziri Yair Lapid hücuma görə İranı ittiham edib. O deyib ki, Britaniya xarici ilşlər nazirini bu insidentə sərt reaksiya verməyə çağırıb: “İran təkcə İsrailin problemi deyil, hamımıza zərər vuran terror, dağıntı və sabitsizlik ixracatçısıdır. Dünya həm də gəmiçilik azadlığına zərbə vuran İran terrorunun qarşısında susmamalıdır”.

İran bu bəyanata hələki rəsmi reaksiya verməyib. Tehran bundan əvvəl özünün baş nüvə aliminin qətlinin və ölkənin nüvə qurğularına hücumların arxasında İsrailin dayandığını bildirmişdi.

İran höklumətinin Əl-Aləm ərəbdilli telekanalı naməlum mənbələrə istinadən tankerə hücumun İsrailin Suriyadakı aeroportlardan birinə hava zərbələrinə cavab olduğunu deyib.

Söhbətin məhz hansı aeroportdan getdiyi dəqiqləşdirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Lazım olsa Belarusa Rusiya qoşunları yeridiləcək…” –

Sonrakı məqalə

Şirvanda “patı” və heroin satan 5 nəfər saxlanılıb –