İsrail ordusu itkilərini açıqlayıb

“HƏMAS terror hərəkatına qarşı müharibə başlayandan bəri 600 İsrail əsgəri həlak olub”.

Azpost.info xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib.

Martın sonunda İsrail Müdafiə Qüvvələri Qəzzada “Əl-Şifa” xəstəxana kompleksinin ərazisində hərbi əməliyyat keçirib. Bu, Qəzzadakı ən böyük tibb müəssisəsidir. İsrail ordusu xəstəxanada HƏMAS və Fələstinin digər terror qruplarının istifadə etdiyi tunellər şəbəkəsinin girişi də daxil olmaqla, silah anbarları və terror infrastrukturu tapdığını bildirib. Martın 23-24-də İsrail “Əl-Şifa” ərazisində 170 yaraqlının öldürüldüyünü və 480-nin həbs edildiyini açıqlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.