Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İsrail ordusu Xan Yunisdə 13 nəfəri öldürdü

Orkhan Ali 10 İyun 2025 - 07:41 (Last updated: 10 İyun 2025 - 07:54)
Qəzzada

Qəzzada

Qəzza zolağında gərginlik səngimək bilmir. AzPost xəbər verir ki, İsrail ordusunun Xan Yunis şəhərinə endirdiyi son hava zərbələri fəlakətlə nəticələnib. Fələstinin rəsmi WAFA agentliyinin yaydığı məlumata görə, hücumlar zamanı azı 13 fələstinli öldürülüb, onlarla insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Raket hücumları xüsusilə şəhərin Batn əs-Səmin bölgəsində və çadır düşərgələrində yerləşən köçkün ailələri hədəf alıb. Bildirilir ki, pilotsuz uçuş aparatları vasitəsilə də hücumlar təşkil olunub və nəticədə mülki əhali arasında ciddi tələfat qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, zərbələr gecə saatlarında baş verib və şəhərdə panika yaranıb. Çox sayda insan öz evlərini və müvəqqəti sığınacaqları tərk edərək təhlükəsiz ərazilərə qaçmağa məcbur olub. Qəzza səhiyyə rəsmiləri isə yaralıların vəziyyətinin ağır olduğunu və xəstəxanalarda yer çatışmazlığının yaşandığını bildirib.

Qeyd edək ki, martın 18-dən etibarən İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlara yenidən start verib. Rəsmi Tel-Əviv bu addımını anklavda saxlanılan israilli girovların azad edilməsi məqsədi ilə izah edib. İsrail hökuməti bildirir ki, əməliyyatlar HƏMAS-ın ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun irəli sürdüyü təklifləri qəbul etməməsi səbəbindən bərpa olunub.

HƏMAS isə öz növbəsində, baş verənlərdə həm İsraili, həm də ABŞ-ı ittiham edərək, mülki əhalinin hədəf alınmasının beynəlxalq hüquq normalarına zidd olduğunu vurğulayıb. Beynəlxalq ictimaiyyət isə baş verənlərlə bağlı hələ ki, ciddi mövqe sərgiləməyib.

AzPost.az

Post navigation

Previous: iPhone-lar indi daha “ağıllı” olacaq
Next: Myshops.az-ın əməkdaşı müştərini şantaj etdi

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.