İsrail ötən il Qəzzada 966 məscidi dağıdıb

2024-cü ildə İsrailin Qəzza zolağına etdiyi hücumlarda 966 məscid qismən və ya tamamilə dağıdılıb. APA xəbər verir ki, bu haqda Fələstin Vəqflər və Dini İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilir.

Bildirilib ki, İsrail ordusu 2024-cü ildə Qəzzada 815 məscidi tamamilə, 151 məscidi isə qismən dağıdıb.

İsrail ordusunun Qəzzada 19 qəbiristanlığı tamamilə yerlə-yeksan etdiyi, 3 kilsəni də dağıtdığı da qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.