İsrail Qəzzada atəşkəslə bağlı danışıqları bərpa edəcək

İsrail martın 17-də Qəzzada atəşkəslə bağlı danışıqları bərpa edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Danışıqlarda “Mossad” kəşfiyyat xidmətinin direktoru David Barnea, Qətər Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir rəsmiləri iştirak edəcək.

Dohada baş tutacaq görüşdə İsrail və HƏMAS arasında atəşkəslə bağlı fikir ayrılıqları, o cümlədən İsrail girovları və Qəzza zolağında humanitar yardım müqabilində azad ediləcək fələstinli məhbusların sayı müzakirə olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Baş nazir Əli Əsədov Nobel mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb

Sonrakı məqalə

İki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılması vacibdir