İsrail SEPAH komandirlərinin olduğu binanı raketlə vurub

İsrail Dəməşqdə SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb.

APA xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Bildirilib ki, İsrailin Suriyada hava zərbələri endirdiyi bina İnqilab Keşikçiləri Korpusu (SEPAH ) tərəfindən istifadə olunub.

Təsdiqlənməmiş məlumata görə, hücum zamanı yüksək səviyyəli SEPAH üzvü ölüb.

İsrailin “Channel 12” telekanalı hədəf alınan binanın SEPAH-ın yüksək rütbəli üzvlərinin hərəkət yeri olduğunu və ən azı 4 nəfərin həlak olduğunu bildirib.

Əvvəlki məqalə

Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib

Sonrakı məqalə

Hadrutun işğaldan azad edilməsindən 4 il ötür