İsrail yardım üçün ABŞ-a müraciət edib.
Azpost.info bildirir ki, məlumatı “The New York Times” üç rəsmi şəxsə istinadən yayıb.
Mənbələrə görə, Təl-Əviv təcili 10 milyard dollar məbləğində yardım istəyir.
Hazırda Amerika qanunvericiləri bu məsələni nəzərdən keçirirlər. Onlar həm Ukraynanı, həm də İsraili qane edəcək yardım paketini necə hazırlamağı düşünürlər.
Daha əvvəl bildirilmişdi ki, Vaşinqton Qəzza zolağına göndəriləcək humanitar yardım variantını hazırlayıb. ABŞ prezidenti Co Bayden oktyabrın 18-də səfəri zamanı İsrail hakimiyyəti ilə bunu daha ətraflı müzakirə edəcək.
Azpost.info