“İsrail və Fələstin arasındakı müharibəyə son qoymaq üçün vasitəçiliyə hazırıq” –ƏRDOĞAN

Türkiyə İsrail və Fələstində baş verən hadisələr çərçivəsində tərəflərin tələbi olduğu təqdirdə əsirlərin mübadiləsi daxil olmaqla hər cür vasitəçiliyə hazırdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Ərdoğan, həmçinin tərəfləri mülki əhalini hədəfə almamağa çağırıb:

“Müharibənin də qaydası, əxlaqı var. Tərəflər buna əməl etməyə borcludur. Həmişə dediyimiz kimi, ədalətli sülhdə uduzan olmaz. Nə İsrail, nə də Fələstin torpaqlarında heç bir günahsız insanın qanının axmasına razı deyilik. İnanıram ki, 1967-ci il sərhədlərində, paytaxtı Qüds olan, müstəqil, suveren, coğrafi bütövlüyü olan Fələstin Dövləti qurulmadan bölgədə sülh olmayacaq. Qəzza əhalisinin ehtiyac duyacağı humanitar yardımın göndərilməsi üçün də lazımi hazırlıqları görürük” – Ərdoğan bildirib.

Əvvəlki məqalə

Türkiyənin xarici işlər naziri sabah Bakıya gəlir

Sonrakı məqalə

Füzuli şəhərinə daha 21 ailə yola salınıb