Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İsrail və HƏMAS arasında münaqişə qlobal müharibəyə çevrilə bilər” –

User 19 Oktyabr 2023 - 09:49 (Last updated: 21 May 2025 - 20:15)
medvedev

“İsrail və Fələstinin “Həmas” hərəkatı arasında hərbi münaqişə qlobal müharibəyə çevrilmək riski daşıyır”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “İzvestiya” qəzetində dərc olunan məqaləsində bildirib.

“Yaxın Şərqdə yenə müharibədir. Amansız, qaydasız müharibə… Terror və dinc əhaliyə qarşı qeyri-mütənasib güc tətbiqi doktrinasına əsaslanan müharibə”, – Medvedev bildirib.

O, əlavə edib ki, Rusiya üçün Ukraynada hərbi əməliyyatlar zonasında baş verənlər daha vacibdir. Lakin Moskva İsrail ordusu ilə HƏMAS arasında gedən döyüşlərə də göz yuma bilməz.

Medvedev Fələstin-İsrail müharibəsinin yeni raundunun əsl məsuliyyətinin kimin daşıyacağı sualını verir. O, özü də cavab verir. Onun sözlərinə görə, bugünkü münaqişənin uzun bir tarixi var. 1940-cı illərdən bəri qaranlığa və terrora doğru hər addımda Amerikanın açıq izi görünür.

Medvedev vurğulayıb ki, 1960-cı illərdən bəri bütün ərəb-İsrail müharibələrində Vaşinqton yalnız bir tərəfi dəstəkləyib və silahla gücləndirib.

Medvedyevin sözlərinə görə, qeyri-sabit region Amerika üçün çox faydalıdır. “ABŞ-da bütün administrasiyalar heç vaxt Yaxın Şərqdə yekun nizamlanmada maraqlı olmayıb”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.

Onun sözlərinə görə, hazırkı münaqişənin həlli üçün ABŞ-ın iştirakı ilə istənilən sülh danışıqları əvvəlcədən uğursuzluğa məhkumdur.

Medvedyev hesab edir ki, problemi birdəfəlik həll etməyin yeganə yolu tamhüquqlu Fələstin dövlətinin yaradılması və 1947-ci ildən bəri qəbul edilmiş bütün fundamental siyasi qərarların həyata keçirilməsidir.

Azpost.info

Post navigation

Previous: Qarabağda təyyarələrə qarşı radioelektron maneə kompleksləri tapılıb –
Next: Kimlərə yumurta çox yemək olmaz? –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.