“İsrail və Ukraynaya dəstək ABŞ üçün həyati əhəmiyyət kəsb edir”- BAYDEN

“Terrorçular və diktatorlar təcavüzün əvəzini ödəməsələr, daha çox xaos, ölüm və təcavüz gətirərlər”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Oval Ofisdən ölkə vətəndaşlarına müraciətində deyib.

“ABŞ və dünya üçün xərclər və təhlükələr artmaqda davam edir. Hakimiyyət ehtirası və Ukraynaya nəzarət etmək istəyində Putini dayandırmasaq, o, yalnız Ukrayna ilə məhdudlaşmayacaq. Ona görə də İsrail və Ukraynaya dəstək ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Bu, nəsillər boyu ABŞ təhlükəsizliyi üçün dividendlər ödəyəcək ağıllı bir investisiyadır”, – Bayden bildirib.

O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar hər iki ölkəyə dəstəyi dayandırarsa, bu, onun dünya liderliyini, dəyərlərini və ittifaqlarını təhlükə altına atacaq.

Azpost.info

Əvvəlki məqalə

“Tarixdə dönüş nöqtəsinin vaxtı gəlib”

Sonrakı məqalə

DSMF-nin gəlir və xərcləri 7 milyard manata yaxın olacaq