“İsraildəki münaqişə dünya müharibəsinə səbəb ola bilər”- Cənubi Koreya lideri

“İsrail və Fələstin arasındakı münaqişə üçüncü tərəflərin iştirakı ilə genişmiqyaslı müharibəyə çevrilə bilər”.

Azpost.info xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok Yol bildirib.

Onun sözlərinə görə, İran, ABŞ, Böyük Britaniya, Fransa və bir sıra digər ölkələr hərbi əməliyyatlara qoşula bilər.

Cənubi Koreya artıq İsraillə Fələstinin HƏMAS hərəkatı arasında hərbi münaqişə fonunda həmvətənləri üçün təhlükəsizlik tədbirləri hazırlamağa başlayıb. Hazırda İsraildə minə yaxın Cənubi Koreya vətəndaşı var. Onlar arasında itki olmayıb, ölkə səfirliyinə zərər dəyməyib. Otyabrın 10-da göyərtəsində 191 nəfərin olduğu “Korean Air” təyyarəsi İsraildən yola düşəcək.

Azpost.info

Əvvəlki məqalə

BVF Azərbaycanın inflyasiya proqnozunu yaxşılaşdırıb

Sonrakı məqalə

Dünyanın böyük şəhərlərində binalar İsrail bayraqlarına bürünüb