İsraildə etirazçılar parlament binasına daxil olublar- VİDEO

İsraildə bir qrup nümayişçi parlament (Knesset) binasına daxil ola bilib.

Azpost.info xəbər verir ki, bu barədə İsrailin n12 televiziyası məlumat yayıb.

“Knessetin binasına girməyi bacaran nümayişçilər təhsil naziri Yoav Kişə “istefa” deyə qışqırıblar”, – kanalın saytında deyilir.

Kadrlarda əynində şüarlar yazılmış köynək olan bir neçə nəfərin parlament dəhlizləri ilə necə getdiyi görünür. Çox keçmədən onlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq binadan uzaqlaşdırılıblar.

Bu saatlarda Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir. Etirazçılar Baş nazir Benyamin Netanyahuya, onun hökumətinə və ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər.

Azpost.info

Əvvəlki məqalə

Təyyarə ilə gələnlərdən COVID pasportu tələb olunmayacaq –

Sonrakı məqalə

Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub