İsraildə ölənlərin sayı 1200-ü keçib- 170-i hərbçidir

Fələstinin HƏMAS qruplaşmasının yaraqlılarının İsrailə hücumu nəticəsində 1200-dən çox insan həlak olub. Ölənlərin 170-i hərbçidir.

Azpost.info xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Müdafiə Ordusuna istinadən yazıb.

İsrail ordusunun sözçüsü Daniel Xaqari bildirib ki, oktyabrın 11-nə keçən gecə qoşunlar Zikim bölgəsində HƏMAS qüvvələri tərəfindən iki dəfə atəşə tutulub.

İsrail ordusu həmçinin Qəzza zolağında HƏMAS-ın mövqelərinə 450 zərbə endirib. Onlarla döyüş təyyarəsi əl-Furqanda 200-dən çox hədəfə hücum edib. HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd əl-Deyfin evi vurulub. Onun ailə üzvləri – atası, qardaşı və uşaqları həlak olub. Komandirin özünün taleyi barədə məlumat yoxdur.

Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Qəzza zolağında İsrail ordusunun kütləvi hava hücumları nəticəsində təxminən yarısı qadın və uşaqlar olmaqla 950 nəfər həlak olub, 5000-dən çox yaralı var.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan XİN Paşinyana cavab verib

Sonrakı məqalə

Qəzzada 264 minə yaxın insan evini tərk edib