İsrailin ABŞ-dakı səfirliyi Binyamin Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatları layihəsinə etiraz olaraq müvəqqəti olaraq bağlanıb.
Azpost.info xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat katibi Elad Stromayer “Tviter”də yazıb.
“İsrailin ən böyük həmkarlar ittifaqı olan “Histadrut” bütün dövlət qulluqçularını, o cümlədən dünya üzrə İsrail diplomatlarını tətilə çağırıb. İsrail səfirliyi bu gün növbəti xəbərdarlığa qədər bağlı olacaq və konsulluq xidmətləri də dayandırılacaq”, – Stromeyer bildirib.
Azpost.info