İsrailin baş naziri fövqəladə vəziyyət elan etdi –Lod şəhərində vəziyyət nəzarətdən çıxıb

İsrailin Lod şəhərində yerli ərəb və yəhudi sakinləri arasında baş verən toqquşmalarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.

Bu barədə Benyamin Netanyahu öz “Twitter” səhifəsində məlumat verib.

Daha əvvəl Lodun meri vəziyyətin nəzarətdən çıxdığını əsas gətirərək hökumətdən ordu birləşmələrinin şəhərə yeridilməsini tələb etmişdi.

Al-Mayadeen telekanalı isə məlumat verir ki, şəhərin bir qrup ərəb sakini avtomobillərə od vurub, Lodda yerləşən sinaqoqlardan birini yandırmağa cəhd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə intihara cəhd edən gənc qız son anda xilas edildi

Sonrakı məqalə

Mehriban Əliyeva Şuşada“Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib