“İsrailin İran konsulluğuna zərbə endirməsi təcavüz aktıdır”- KREML

İsrailin Dəməşqdəki İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə zərbə endirməsi beynəlxalq hüququ pozan təcavüz aktıdır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O əlavə edib ki, Kreml nəticə çıxarmağa tələsmir.

“Biz nəticə çıxarmağa tələsməzdik, lakin istənilən halda belə zərbələrin keçirilməsi beynəlxalq hüququn pozulması və təcavüz aktıdır”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Lüks brendlər Rusiyadakı mağazalarını bağlayır

Sonrakı məqalə

“Bu hücuma görə İsraili peşman edəcəyik”