İsrailin Dəməşqdəki İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə zərbə endirməsi beynəlxalq hüququ pozan təcavüz aktıdır.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O əlavə edib ki, Kreml nəticə çıxarmağa tələsmir.
“Biz nəticə çıxarmağa tələsməzdik, lakin istənilən halda belə zərbələrin keçirilməsi beynəlxalq hüququn pozulması və təcavüz aktıdır”, – Peskov bildirib.
Azpost.info