Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İsraillə əməkdaşlığımız regional sülh və sabitliyə əhəmiyyətli töhfələr verəcək”

User 27 Oktyabr 2022 - 17:45 (Last updated: 21 May 2025 - 20:15)
thumbs_b_c_876e05b702278279844246b8ca263f61

“İnanırıq ki, ikitərəfli əməkdaşlığımızın və dialoqumuzun artması, Fələstin başda olmaqla, fikir ayrılığı yaşadığımız bəzi məsələlərin həllini asanlaşdıracaq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada səfərdə olan İsrailin müdafiə naziri Benni Qantsla görüş zamanı deyib.

“Cənab Qants uzun müddətdən sonra ölkəmizə gələn ilk İsrail müdafiə naziridir”, – Akar qeyd edib.

Akar Türkiyə ilə İsrail arasındakı münasibətlərə toxunaraq deyib: “Prezidentimizin İsrail prezidenti və baş naziri ilə qarşılıqlı görüşləri Türkiyə ilə İsrail arasındakı əlaqələr baxımından mühüm dönüş nöqtəsi oldu. Türkiyə və İsrail bölgəmizdə mühüm aktorlardır. Eyni zamanda, bizim ciddi tarixi və mədəni əlaqələrimiz var. Türkiyə ilə İsrail arasında əlaqələr və ortaq dəyərlər mövcuddur. Türkiyə olaraq İsraillə münasibətlərimizin və əməkdaşlığımızın, xüsusilə müdafiə, təhlükəsizlik və enerji kimi sahələrdə inkişafı regional sülh və sabitliyə əhəmiyyətli töhfələr verəcək”.

Akar İsrail müdafiə naziri ilə məhsuldar görüş keçirdiklərini də əlavə edib: “Siyasətimizin tələblərini, siyasətimizlə bağlı məsələləri, fikirlərimizi, qiymətləndirmələrimizi çox açıq şəkildə ifadə etdik. Xüsusilə regionumuzda sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin daha da inkişaf etdirilməsi baxımından hansı işləri görə biləcəyimizlə bağlı fikir mübadiləsi apardıq”.

Azpost.info

Post navigation

Previous: Estoniyada yaşayan ruslar və belaruslar silah sahibi olmaq hüququndan məhrum edilir
Next: Ərdoğan İsrailin müdafiə naziri ilə görüşdü

Oxşar xəbərlər

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08

xƏBƏR

anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paketin hansı ödənişləri əhatə edəcəyi...
Read more about Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı
Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.