“İsrailə səfər proqramım var idi, ləğv etdim”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda İsrailə səfərini ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə o. parlamentdəki çıxışında məlumat verib.

“İsrailə səfər proqramım var idi, onu ləğv etdim, səfər olmayacaq”, – Ərdoğan deyib.

O qeyd edib ki, Ankara İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir, lakin Təl-Əviv Türkiyənin xoş niyyətindən sui-istifadə edib və qarşılıqlı addımlar atmayıb.

Ərdoğan İsrailin Qəzzadakı hərəkətlərini də tənqid edib: “Ankara Qəzzada uşaqların öldürülməsinə izn verməyəcək”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.