İşsizlərə yardım pullarının verilməsinə başlandı –İlk olaraq  10 min nəfərin pulu köçürüldü

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. İlk olaraq  10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, şəxslərin  müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək: “Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” –

Sonrakı məqalə

Ölkədə yaxşı yaşayışın göstəricisi nədir? –