““İstanbul kanalı” layihəsinin “Montrö sazişi” ilə heç bir əlaqəsi yoxdur” –Çavuşoğlu

““İstanbul kanalı” layihəsinin Türkiyə Prezidentinin də dediyi kimi, “Montrö boğazları sazişi” ilə heç bir əlaqəsi yoxdur”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, Qara dənizdə sahilyanı dövlətlərin, o cümlədən Rusiyanın və ya başqa bir ölkənin bu məsələdə Türkiyəni sorğu-sual etməsi müzakirə predmeti deyil: “Sərhədyanı ölkələr və ya başqa bir ölkə aradabir dostcasına “Montrö sazişi”nin tətbiq olunub-olunmamasını soruşduqda, biz tətbiq etdiyimizə dair cavab veriririk”.

M. Çavuşoğlu qeyd edib ki, gəmilərin həm Çanaqqala, həm də İstanbul boğazından keçməsi tənzimlənib, hazırda gəmilər boğazlardan ödənişsiz keçir: “Lakin “İstanbul kanalı” layihəsi reallaşdıqdan sonra ticarət gəmilərinin boğazlardan ödənişli keçməsi “Montrö sazişi”nin tələblərini heç bir halda pozmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb

Sonrakı məqalə

Putin və Lukaşenko Dağlıq Qarabağı müzakirə ediblər