İstanbulda atışma olub-Azərbaycanlı kriminal avtoritet öldürülüb

Türkiyədə azərbaycanlılar iştirakı ilə silahlı insident olub.

Hadisə İstanbulun Başakşehir səmtində baş verib.

Azərbaycanlılar və çeçenlərin arasında silahlı qarşıdurma zamanı 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir azərbaycanlı ölüb, biri isə yaralanıb.

Polis artıq araşdırmalara başlayıb, 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, ölən azərbaycanlının kriminal aləmdə “Naxçıvanlı Baba” kimi tanınan peşəkar idmançı olduğu bildirilir. Yaralanan azərbaycanlı isə “Fuad Sumqayıtlı” kimi tanınan Fuad Hacıyevdir.

Hər iki şəxsin mərhum Rövşən Lənkəranskinin yaxın tərəfdarları olduğu bildirilir. Hadisənin kriminal mübahisə nəticəsində baş verdiyi qeyd olunur.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lent.az saytına yeni baş redaktor təyin olundu

Sonrakı məqalə

“Bütün maneələr aradan qalxır, Azərbaycanla qardaşlığımız daha da güclənir” –