Lent.az saytına yeni baş redaktor təyin olundu

Lent.az saytına yeni baş redaktor təyin olundu

Kulis.az-ın məlumatına görə, bu vəzifəni tanınmış jurnalist Hafiz Heydərov icra edəcək.

Hafiz Qurban oğlu Heydərov 11 iyun 1983-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Hafiz Heydərov 2005-ci ildən Azəri-Press İnformasiya Agentliyi  ilə əməkdaşlığa başlayıb.

2008-ci ilə qədər APA-nın Şəki-Zaqatala bürosunun rəhbəri vəzifəsində çalışan H.Heydərov agentliyin mərkəzi ofisində fəaliyyətini davam etdirib. O, 2018-ci ildən APA-nın redaktorudur.

Ötən dövr ərzində müxtəlif beynəlxalq təşkilatlar tərəfindən media sahəsi üzrə təşkil olunmuş seminar və təlimlərdə iştirak edən H.Heydərov müxtəlif sertifikatlar və diplomlara layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da yaşayan məşhur azərbaycanlının doğum günüdür

Sonrakı məqalə

İstanbulda atışma olub-