İstanbulda terror törətmək istəyən Tacikistan və Qırğızıstan vətəndaşları saxlanılıb

İstanbulda polis Tacikistan və Qırğızıstan vətəndaşları olan iki nəfəri İŞİD terror təşkilatı adından terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.

TASS-ın verdiyi məlumata görə, bu barədə İHA agentliyi məlumat yayıb.

Türkiyə əks-kəşfiyyatı 37 yaşlı Tacikistan vətəndaşı Faşçıljon A. və Qırğızıstandan olan 41 yaşlı Zülfiyyə S.-nin saxlanılması üçün əməliyyat keçirmək qərarına gəlib. Dindirilmə zamanı saxlanılan şəxslər terror aktı hazırladıqlarını etiraf ediblər.

Prokurorluğun qərarı ilə Tacikistan vətəndaşı həbs edilib, onun şəriki isə Türkiyədən çıxarılıb.

Əvvəlki məqalə

“NATO Rusiya sərhədləri boyunca hərbi potensialını gücləndirir” –

Sonrakı məqalə

“Google” məşhur olan pulsuz proqramını dayandırdı