“Google” məşhur olan pulsuz proqramını dayandırdı

“Google” şirkəti məşhur “Google Podcasts” proqramını dayandırdığını elan edib. Proqram 2 aprel 2024-cü il tarixində ABŞ-da fəaliyyətini dayandıracaq. Xidmət bir il ərzində bütün dünyada bağlanacaq.

Azpost.info bildirir ki, bu barədə “Tech Crunch” məlumat yayıb.

“Google Podcasts” özünün sadəliyi və pulsuz olması ilə çoxları tərəfindən sevilən məşhur podkast xidmətidir. Mövcud olduğu 5 ildə bu tətbiq vasitəsi ilə Android-də 500 milyondan çox, iOS-da isə yüz minlərlə yükləməyə edilib.

Google ilk dəfə 2023-cü ilin sentyabrında bu xidməti dayandırmağı planlaşdırdığını elan edib. Şirkət bütün podkast həvəskarlarını həm musiqi, həm də podkastları özündə birləşdirən YouTube Music xidmətinə keçməyə dəvət edir.

Aprelin 2-dən sonra Google Podcasts-a daxil olsanız, istifadəçiyə xidmətdən çıxmaq və YouTube Music-i seçmək tövsiyəsi yazılmış tam ekran banner alacaq.

2020-ci ildə korporasiya oxşar üsuldan istifadə edərək istifadəçiləri Google Play Music xidmətindən YouTube Music-ə köçürüb.

Əvvəlki məqalə

İstanbulda terror törətmək istəyən Tacikistan və Qırğızıstan vətəndaşları saxlanılıb

Sonrakı məqalə

İran İsrailin konsulluğa hucumu ilə bağlı ABŞ-a mühüm mesaj göndərib