İstanbulda Türk Şurasının yeni binasının açılışı olub

12 Noyabr 2021 - 12:44

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yeni binasının açılışı olub.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər.

Qeyd edək ki, bu gün İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşü keçiriləcək.