“İstefa verməyəcəyəm” –Gürcüstan prezidenti bəyanat verdi

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, mandatının başa çatmasına baxmayaraq istefa verməyəcək.

Azpost.info bildirir ki, prezident bu barədə televiziya ilə çıxışında bildirib.

Onun sözlərinə görə, parlament “qeyri-legitim” olduğu üçün vəzifəsindən getməyəcək.

“Mən sizin prezident olaraq qalıram, qanuni parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, -Zurabişvili televiziya ilə çıxışında deyib.

“Sabah cəmiyyət, siyasi partiyalar mənimlə görüşəcək. Sizin idarə etdiyiniz siyasi prosesləri kənarda, küçədə və cəmiyyətin müxtəlif sahələrində birlikdə idarə edirik. Biz birlikdə işi görəcəyik. Yeni Gürcüstan bir daha öz Avropa yolunu, müstəqilliyini və azad inkişaf yolunu tapacaqdır. Biz bunu heç kimə verməyəcəyik”, – deyə Gürcüstan prezidenti bildirib.

Azpost.info

Əvvəlki məqalə

Hələbdəki İran konsulluğuna silahlı hucum edilib

Sonrakı məqalə

Ağdərədə ağır yol qəzası –