Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“İstənilən adamın telefonuna girə bilərdim”

Orkhan Ali 05 Mart 2025 - 09:41 (Last updated: 21 May 2025 - 20:15)
dtx

“İstənilən adamın telefonuna girə bilərdim”

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

AzPost xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı səsləndirilib.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan təqsirləndirilən şəxs 2021-2024-cü illərdə proqramlar yaradıb, onların vasitəsilə qanunsuz işlərini həyata keçirib. O, fiziki və hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bununla yanaşı, Tural Əliyev 22 dekabr 2022-ci ildə İsrail dövlətinə məxsus şirkətlərin hamıya açıq olmayan məlumtlarına giriş əldə edib. Eyni zamanda, o, ABŞ-də yerləşən şirkətlərin də məlumatlarını əldə edib.

Prosesdə daha sonra təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsində ittiham aktına münasibət bildirərkən qeyd edib ki, cinayət işi üzrə özünü qismən təqsirli bilir:

“Proqramı yaratmışam, amma sınağı öz telefonum üzərində etmişəm. Digər epizodlara gəldikdə isə mən nüfuz qazanmaq üçün etmişəm. İsraildə, ABŞ-də yerləşən şirkətlərin məlumatlarına giriş etməkdə niyyətim onlardan istifadə etmək olmayıb. Nəyisə əldə etmək üçün əlaqə qurmalısan. Əlaqə qurduqdan sonra nüfuz, etibar qazanmalısan. Bunu etmək üçün də mən həmin işi həyata keçirdim və müəyyən yerlərdə paylaşdım. Bunun qarşılığında az miqdarda pul da almışam. Sistemi yoxlayırdım. Uğurlu olduqdan sonra həmin proqramı Azərbaycanda aidiyyəti orqanlara təqdim edəcəkdim. Sınaqdan keçirmədən təqdim etsəydim onu qəbul etməyəcəkdilər. Bunun da Azərbaycan qanunvericiliyində cinayət olduğunu bilmirdim. Mən dəfələrlə “Google”, “Facebook”dan 3 min, 5 min dollar mükafat almışam. Onlar özləri elan edirlər ki, boşluğu tapan şəxsə mükafat veriləcək”.

Hakimin “Bütün cihazları ələ keçirmək mümkündürmü” sualına cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, telefonun, kompüterin daxilindəki məlumatları əldə etmək çox asandır:

“Mən o proqramları yaratsam belə heç kimin telefonuna daxil olmamışam. Sınağı öz telefonum üzərində etmişəm. Daxil olmaq istədikdə isə sistemə görə fərqlənir. Mən Azərbaycanda da bir şirkətin kompüter sistemində boşluq tapıb daxil olmuşam, amma heç nə etməmişəm. Onu da bildirim ki, vatsap, teleqram üzərindən sizə göndərilən şəkili açmaq, İOS üzərindən mətn mesajına daxil olmaqla cihazı ələ keçirmək mümkündür”.

Proses martın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompyuter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Post navigation

Previous: DYP və AYNA bu küçədə hərəkəti dəyişir
Next: Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb –

Oxşar xəbərlər

Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56

xƏBƏR

ferrari01
  • Sosial

Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO

User 13 Noyabr 2026 - 09:13
Nadir rast gəlinən Ferrari Daytona SP3 superkarı ABŞ-ın Las-Veqas şəhərində keçirilən Broad Arrow hərracında 18,54 milyon dollara...
Read more about Nadir Ferrari 18,5 milyon dollara satıldı – Rekord qiymət / FOTO
“İrana qarşı zərbələri tərəddüdsüz bərpa edəcəyəm” – Tramp tramp
  • Dünya

“İrana qarşı zərbələri tərəddüdsüz bərpa edəcəyəm” – Tramp

User 13 Noyabr 2026 - 08:58
İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb ilham avropa iti prez
  • Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

User 13 Noyabr 2026 - 08:54
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb ilham britan as nazir
  • Baş Yazı

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

User 13 Noyabr 2026 - 08:51
Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.