İsti havalarda infarkt riski kəskin şəkildə artır.
Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, buna səbəb yüksək temperatur və su çatışmazlığı zamanı qanın qatılaşması və qan laxtalarının əmələ gəlməsisir ki, bu da ürək nahiyəsində həyati vacib damarları tuta bilir.
Kardioloqlar bildirir ki, bunun qarşısını almaq üçün gəzinti zamanı yanınızda su olmalıdır. Özünüzü pis hiss edirsinizsə, evdə qalmaq daha doğrudur.
“İsti havada kiçik addımlarla gəzmək və tələsməmək lazımdır. Döş sümüyündə ağrı, həmçinin nəfəs darlığı və başgicəllənmə halında dərhal həkimə müraciət etməlisiniz. Yanınızda telefon olmalıdır ki, istənilən vaxt təcili yardım çağıra biləsiniz. İsti havada gəzinti zamanı yüngül papaqlar taxmaq da vacibdir”, – mütəxəssislər tövsiyə edir.
O da qeyd olunur ki, kəskin infarkt zamanı yaranan sancılar səbəbindən insan huşunu itirə və ya sadəcə yıxıla bilər. Belə anlarda ilk növbədə insanı sərin yerə köçürmək, eyni zamanda təcili yardım çağırmaq vacibdir.
Təcrübə göstərir ki, infarkt keçirən bir xəstənin həyatını, bir saat ərzində xilas etmək olar.
Azpost.info