İstintaq Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb

12 Aprel 2021 - 21:47

Müstəntiqlər Moskvanın “Alıe parusı” elit yaşayış kompleksində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Əli Heydərovun (Albert Rıjı) qisasçılıq zəminində öldürülməsi ilə bağlı iki versiya irəli sürüblər. 

RİA Novosti xəbər verir ki, ilkin versiya kriminal avtoritetin ölümü oğru dünyasının nümayəndələri tərəfindən qisasçılıq zəminində törədilib.

Qeyd edilib ki, “Albert Rıjı” kriminal aləmin məşhur ismlərindən olan Nadir Səlifovun (lotu Quli) qətlinin gizli sifarişçisi olduğundan öldürülüb. 

Digər versiyaya görə, qətl mərhumun hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq etdiyi üçün həyata keçirilib.

Xatırladaq ki, “qanuni oğru” Əli Heydərov bu gün saat 13 radələrində Moskvada “Alıe parusı” elit yaşayış kompleksinin fitnes zalında qətlə yetirilib. Muzdlu qatil zala girərək silahla ona arxadan atəş açıb.