Qazaxstanın paytaxtında məscidlərdə kollektiv ibadət və kütləvi iftar süfrələri qadağan edilib

Qazaxıstanın Akmola bölgəsində, Qərbi-Qazaxıstan vilayətində və Nur- Sultanda müqəddəs Ramazan ayında kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Ərazi sanitar baş həkiminin qərarı ilə Ramazan ayı ərzində dini obyektlərin (məscidlər, kilsələr, sinaqoqlar və s.) fəaliyyətinə ən azı 4 kvadratmetr nisbətində fərdi olaraq icazə verilir.

Ramazan ayında məscidlərdə kollektiv ibadət, cümə namazı və beş vaxt namaz qılmaq, həmçinin eyni ailənin üzvləri arasında iftar istisna olmaqla, kollektiv iftar keçirilməsi qadağan edilib.

Dini müəssisələrdə yerləşən iaşə müəssisələrinin fəaliyyəti də qadağandır.

Qərar bugündən qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstintaq Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb

Sonrakı məqalə

“Türkiyədə koronavirusa yoluxmaların 85 faizi “Britaniya ştammı”dır”