İsveç Türkiyə və Finlandiyanı NATO ilə bağlı müzakirələr üçün yüksək səviyyəli zirvə toplantısı keçirməyə dəvət edib.
Azpost.info xəbər verir ki, İsveç həm özünün, həm də Finlandiyanın NATO-ya üzvlük müraciəti zamanı üç ölkə arasında əldə olunan razılaşmanın icrasına dair birgə monitorinq mexanizminin yaradılmasını istəyir.
Məlumatlara görə, danışıqlar avqustun 26-da baş tutacaq.
“Bu, saziş çərçivəsində ilk görüşdür və reallaşacağına ümid edirik”, – Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Azpost.info
