İsveç Türkiyə vətəndaşını Ankaraya geri verir –QƏRAR

İsveç hakimiyyəti Türkiyə vətəndaşını ekstardisiya etməyə razılıq verib. 

Azpost.info Röyter-əistinadən bildirir ki, bu barədə SVT telekviziyası məlumat yayıb. Türkiyə vətəndaşı ölkəsində bank kartları ilə bağlı dələduzluqda ittiham olunub və 14 il həbs cəzasına məhkum edilib.

Bu qərar Ankaranın Stokholmdan bir sıra şəxslərin geri verilməsi müqabilində İsveçin NATO-ya üzvlüyünə razılıq vermə şərtindən sonra qəbul edilib.

İsvedə saxlanılan şəxs ötən il bildirib ki, Türkiyədə ona qarşı verilmiş hökm ədalətsizdir. O, kürd kökənli olduğuna, xristianlığı qəbul etdiyinə, hərbi xidmətdən boyun qaçırmağa görə məhkum olunduğunu iddia edib.

Türkiyə İsveç və Finlandiyadan NATO üzvlüyü müqabilində PKK üzvlərinin geri verilməsi şərtini qoyub. Əldə edilmiş razılıq çərçivəsində Türkiyə ekstradisiyasını tələb etdiyi şəxslərin siyahısını tərəflərə təqdim edib.

 

Əvvəlki məqalə

“Bu cür qollar buraxmalı deyilik…” –

Sonrakı məqalə

Moldovadan Dnesteryanı bölgənin rəhbərliyinə qadağa –