“İsveç və Finlandiya vədi yerinə yetirməsə, biz də onların üzvlüyünə müsbət yanaşmayacağıq”-Ərdogan

“Biz Finlandiyaya da, İsveçə də NATO Baş katibinin iştirak etdiyi toplantıda şərtlərimizi çox konkret formada söylədik. Gizli bir şey yoxdur”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Şərtlərimiz bu ölkələrin terror təşkilatlarının fəaliyyətlərini dayandırması və əllərindəki terrorçuları qaytarmasıdır. Bilirsiniz ki, PKK, PYD, YPG və FETO-nü terror təşkilatları kimi qeydlərə saldıq. Onları vermələrini tələb etdik. Onlar verdikləri vədi yerinə yetirməsələr, bizim də bu məsələyə müsbət yanaşmağımız mümkün olmayacaq”, – o bildirib.

Əvvəlki məqalə

“Azərbaycan koronavirusun yeni dalğasının başlanğıcındadır”-

Sonrakı məqalə

“Ukraynaya uzaqmənzilli silahlar verilsə, yeni əraziləri ələ keçirəcəyik”