“Ukraynaya uzaqmənzilli silahlar verilsə, yeni əraziləri ələ keçirəcəyik”- LAVROV

“Qərb silahlarının Ukraynaya tədarükü səbəbindən müharibənin coğrafi vəzifələri dəyişib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İstanbulda danışıqlar aparılanda bir coğrafiya var idi. Bizim Ukraynanın təklifini qəbul etməyə hazır olduğumuz  coğrafiya 2022-ci ilin mart ayının sonundakına əsaslanırdı. İndi coğrafiya başqadır. Bu, təkcə DXR və LXR deyil, həm də Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərdir və bu proses ardıcıl və israrla davam edir”, – Lavrov bildirib.

Rusiya XİN rəhbəri Ukraynaya uzaqmənzilli silahlar veriləcəyi təqdirdə yeni əraziləri ələ keçirəcəkləri ilə hədələyib: “Qərb Ukraynanı uzaqmənzilli silahlarla yüklədikcə xüsusi əməliyyatın coğrafi vəzifələri indiki xətdən irəliləyəcək. Çünki biz Ukraynanın Zelenskinin və ya başqa birinin nəzarət edəcəyi hissəsində bizim ərazimizə və müstəqilliyini elan etmiş respublikaların ərazisinə birbaşa təhlükə yaradacaq silahların olmasına imkan verə bilmərik.”

Azpost.info

Əvvəlki məqalə

“İsveç və Finlandiya vədi yerinə yetirməsə, biz də onların üzvlüyünə müsbət yanaşmayacağıq”-

Sonrakı məqalə

Nazirlik Lənkəranda məktəblinin döyülməsinə görə direktorun işdən çıxarıldığını təsdiqləyib