İsveçdə Holokostun inkarı cinayət hesab edilə bilər

İsveçdə Holokostu inkar etmək və ya aşağılamaq cinayət hesab edilə bilər.

Bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, hökumət artıq bununla bağlı müvafiq qanun layihəsi hazırlayıb. Holokostun əhəmiyyətini inkar edən və ya aşağılayanla etnik zəmində nifrətin qızışdırılmasının eyni şəkildə cəzalandırılması təklif edilir. Bu maddə həm cərimə, həm də iki il müddətinə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.