İsveçin Rusiyadakı müvəqqəti işlər vəkili Yohannes Danielsson Xarici İşlər Nazirliyinə çağırılıb.
Azpost.info xəbər verir ki, ona İsveç Beynəlxalq İnkişaf Agentliyinin və Rusiyadakı İsveç İnstitutunun fəaliyyətinin dayandırıldığı elan edilib.
İsveç diplomatik missiyasının rəhbərinə məlumat verilib ki, bundan sonra bu təşkilatların fəaliyyəti arzuolunmazdır və onların layihələrini təşviq etmək cəhdləri departamentlərin əməkdaşlarının “persona non-qrata” elan edilməsinə səbəb olacaq.
Hazırda adıçəkilən qurumlar arzuolunmaz təşkilatların reyestrində qeyd edilməyib.
İsveç Beynəlxalq İnkişaf Agentliyi və Rusiyadakı İsveç İnstitutu İsveç hökumətinin milli mədəniyyətin və həyat tərzinin xaricdə təbliği siyasətini həyata keçirir. Təşkilatların missiyalarından biri demokratiya, insan haqları və ətraf mühiti dəstəkləməkdir.
Azpost.info
