Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb- ÜST

Dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 540 milyonu, virus nəticəsində ölüm hallarının sayı isə 6,32 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir.

Təşkilatın statistikası yoluxanlar və ölənlər barədə yalnız dövlətlər tərəfindən təqdim olunan rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. 500 milyon yoluxma həddi aprelin 14-də, 400 milyon – fevralın 10-da, 300 milyon – yanvarın 8-də, 200 milyon yoluxma həddi isə ötən il avqustun 5-də keçilib.

ÜST-yə daxil olan məlumatlar arasında ən çox təsdiqlənmiş hallar ABŞ-da (85.673.420) qeydə alınıb. Sonrakı yerlərdə Hindistan (43.407.046), Braziliya (31.890.733), Fransa (29.495.945) və Almaniya (27.771.911) gəlir. COVID-19 virusu nəticəsində ən çox ölüm halları ABŞ-da qeydə alınıb: 1.005.025 nəfər. Bu göstərici üzrə ikinci yerdə Braziliya (669.530), üçüncü yerdə Hindistandır (525.020). Sonrakı yerləri Rusiya (380.943) və Meksika (325.487) tutur.

Hazırkı dövrədək Azərbaycanda koronavirusa 793 min 176 yoluxma, koronavirusla bağlı 9 min 717 ölüm faktı qeydə alınıb.

Əvvəlki məqalə

“Ukrayna günün sonuna qədər hərbi əməliyyatları dayandıra bilər”

Sonrakı məqalə

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb