İsveçrə bankı Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsinin şəxsi hesabını bloklayıb.
Azpost.info xəbər verir ki, diplomatik nümayəndəlik Rusiya rəsmiləri üçün öz peşə vəzifələrini yerinə yetirməyin getdikcə çətinləşdiyini bildirib.
“Bir sıra İsveçrə bankları və avtomobil sığortası şirkətləri daimi nümayəndəliklə müqavilələrdən imtina edib, rəsmi vizaların verilməsi sərtləşdirilir”, – açıqlamada deyilir.
Nümayəndəlik ümid etdiyini bildirib ki, İsveçrə hökuməti diplomatik missiya ilə bağlı öz qeyri-qanuni mövqeyinə yenidən baxacaq və diplomatik ünsiyyətin normal təcrübəsinə qayıdacaq.
Bundan əvvəl Rusiya nümayəndəsi İrina Tyajlova bildirmişdi ki, İsveçrə Rusiya nümayəndələrinə BMT-də işləmək üçün viza vermir.
Azpost.info