Baş Prokurorun maaşı artırıldı –Nə qədər alacaq?

Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin aylıq vəzifə maaşı həcmində (2475 manat)müəyyən edilmişdi.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.