İsveçrə səfiri Rusiya XİN-ə çağırılıb- Səfirə etiraz bildirilib

İsveçrənin Moskvadakı səfiri Kristina Marti Lanq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, XİN İsveçrə parlamentinin bu ölkənin ərazisində dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsini nəzərdə tutan hüquqi baza sxeminin işlənib hazırlanması qərarına etiraz edib.

“Rusiya İsveçrə hakimiyyətinin beynəlxalq hüququn dövlət toxunulmazlığı ilə bağlı fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir. Rusiyaya məxsus vəsaitlərə həbs qoyulması barədə qərar qəbul edilərsə, cavab veriləcək”, – XİN-dən bildirilib.

Azpost.info

Əvvəlki məqalə

Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq

Sonrakı məqalə

Rus sərhədçilər İrəvan aeroportunu bu tarixdə tərk edəcək